19 Aprel 2018 Cümə axşamı 23:35:05

 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə aprelin 13-də Saatlıda istehlakçı hüquqlarına dair Konfrans keçirilib.

 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə aprelin 13-də Saatlıda istehlakçı hüquqlarına dair Konfrans keçirilib.

 "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə iştirakçıları məlumatlandırıblar.

 Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

 Həmin gün həmçinin, Saatlı rayonunda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təlim kursu keçirilib. Dövlət Xidmətinin əməkdaşları tərəfindən dövlət vəsaitlərindən daha səmərəli istifadə, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

 

VALYUTA ÇEVİRİCİSİ