20 İyul 2018 Cümə 04:31:35

 İstehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə, bu sahədə istehlakçıların biliklərinin artırılması, istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası və onların tətbiqi mexanizmləri, mal (iş və xidmətlər) alarkən istehlakçıların bilməli olduğu məqamlar və s. kimi aktual məsələlərin müzakirəsinə həsr olunmuş seminar keçirilmişdir.

 Yetişməkdə olan gənc nəslin aparıcı qüvvəsi olan ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti belə bir tədbir aprelin 19-da Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində baş tutub.

 “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda təşkil olunan seminarda təhsil müəssisəsinin 200-ə yaxın müəllim və tələbə heyəti iştirak edib. Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.

 Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara müxtəlif maarifləndirici  materiallar paylanmışdır.

VALYUTA ÇEVİRİCİSİ