17 Avqust 2019 Şənbə 20:02:11

 Bu gün Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. 1983-cü ildən etibarən hər il qeyd olunan bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də qeyd edilir.

 Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Milli iqtisadiyyat, modernləşmə və istehlakçı hüquqları” mövzusunda Dəyirmi Masa keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən tədbirdə universitetin müəllim və tələbələri, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri  iştirak ediblər.

 Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulayıb. İstehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu qeyd edən Araz Əliyev bu istiqamətdə Dövlət Xidməti tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, Dövlət Xidməti tərəfindən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri çərçivəsində kompleks işlərin həyata keçirildiyini vurğulayıb.

 Qeyd edlib ki, aparılan maarifləndirmə tədbirlərinin nəticəsi olaraq istehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarətin rolu əhəmiyyətli dərəcədə artıb.

 Dəyirmi Masada aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verib, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində təkliflər səsləndiriblər.

 Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

VALYUTA ÇEVİRİCİSİ