14 Noyabr 2019 Cümə axşamı 08:43:51

BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr tarixlərində respublikamızda elan edilmiş "Uşaq hüquqları aylığı" çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən oktyabrın 22-də "Tərəqqi" texniki-humanitar liseyində maarifləndirici seminar təşkil olunmub.

"İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda keçirilən seminarda  təhsil müəssisəsinin 100-ə yaxın müəllim və şagird heyəti iştirak edib.

Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilmiş, istehlakçı davranışı və aktivliyi,  istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici  materiallar paylanıb.

VALYUTA ÇEVİRİCİSİ