28 May 2020 Cümə axşamı 16:23:10

Qanunvericiliyə görə satışda olan malın qiyməti barədə istehlakçılara zəruri və düzgün məlumatlar verilməlidir. Bu cür məlumatların verilməməsi istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə hərəkətlərə yol verən, yəni satışda olan malların üzərində qiymət kağızlarının, göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə sahibkarlar səkkiz yüz manatdan min manatadək miqdarda cərimə olunurlar.

Bu cərimələrə məruz qalmamaq üçün topdan və pərakəndə satışla məşğul olarkən aşağıdakılara əməl etməyi unutmayın:

- satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş, arxa tərəfində maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və doldurulma tarixi olan qiymət kağızının qoyulmasını;

- adı, çəkisi və növü qablaşdırma materialında (qutusunda) göstərilmiş malın üzərində mal vahidinin qiyməti (ədədin qiyməti) göstərilməklə, dəqiq tərtib edilmiş, arxa tərəfində maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və doldurulma tarixi olan qiymət kağızının qoyulmasını;

Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).                                                                               

                                                                Antiinhisar Siyasəti və İstehlakçıların 

                                                            Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

VALYUTA ÇEVİRİCİSİ