18 İyun 2021 Cümə 09:50:18

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı və sahibkarlıq subyektlərinin iştirakı ilə “Haqsız rəqabət və onun formaları: mövcud durum və perspektivlər” mövzusunda onlayn görüş keçirilib. 

Görüşdə Azərbaycanda sağlam rəqabətin formalaşmasına böyük önəm verildiyi, bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğu bildirilib. Sahibkarlığın azad və sağlam rəqabət şəraitində inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ölkənin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi yükünün azaldılması, haqsız rəqabətlə mübarizə tədbirlərinin gücləndirilməsi kimi sistemli tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Azərbaycanda son illər rəqabətin qorunması, iqtisadiyyatın liberallaşdırılması və s. istiqamətlərdə həyata keçirilən köklü dəyişikliklər sağlam rəqabətə əsaslanan bazar iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayır.

100-ə yaxın sahibkarın iştirak etdiyi onlayn görüşdə iştirakçılara haqsız rəqabət və onun formaları, azad rəqabətin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.

VALYUTA ÇEVİRİCİSİ