Qanunvericiliyə görə satışda olan malın qiyməti barədə istehlakçılara zəruri və düzgün məlumatlar verilməlidir. Bu cür məlumatların verilməməsi istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə hərəkətlərə yol verən, yəni satışda olan malların üzərində qiymət kağızlarının, göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə sahibkarlar səkkiz yüz manatdan min manatadək miqdarda cərimə olunurlar.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 25 dekabr 2019-cu il tarixli ASİMDX-15/01-5/27928 nömrəli məktubu ilə satınalmaların "Dövlat satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda bir mənbədan satınalma üsulundan istifadə etmeklə həyata keçirilməsınə razılıq verilməsi barədə müraciətlərin satınalma müqaviləsi bağlanılması nəzərdə tutulan mal göndərənin (podratçının) ixtisas göstəricilərinin "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən sənədlərlə birlikdə təqdim olunması tələb olunmuşdur.
Malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir. Mebel alarkən istehlakçı hüquqlarınızın qorunması üçün satıcıdan aşağıdakıları tələb etməyi unutmayın:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən ölkə ərazisində istehlakçıların malları və xidmətləri, onların istehsalçısını, satıcısını, icraçısını sərbəst seçmək, istehlak etdikləri malların və xidmətlərin keyfiyyətli və təhlükəsiz olması, mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları vardır.
Qanunvericiliyinə əsasən məişət və digər növ xidmət obyektlərində xidmətlərin göstərilməsi zamanı sahibkarlıq subyektləri bir sira tələblərə əməl etməyə, istehlakçıya göstərilən xidmətlərin (yerinə yetirilən işlərin) icra yerini və şəraitini nəzərə almaqla, onların dəyərinin ödəniş forması və qaydası haqqında məlumat verməyə borcludur.
Sifarişlərin qəbul edildiyi xidmət obyektlərində bu məlumatlar istehlakçı üçün rahat və görünən yerdə yerləşdirilməklə aşağıdakıları əhatə etməlidir:
- göstərilən əsas və əlavə xidmətlərin (işlərin) siyahısını;
- təklif olunan xidmətlərin (işlərin) və onların icrası zamanı istifadə olunan materialların, ehtiyat hissələrinin qiymətlərini;
- istehlakçıya təklif olunan hazırlanacaq məmulatların (yerinə yetirilən işlərin) nümunələrini;
- xidmət göstərilməsində (işin yerinə yetirilməsində) istifadə edilən əsas və köməkçi materialların istehlakçıya təklif olunan nümunələrini;
- istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar haqqında məlumatları;
- icraçının iş rejimi, hüquqi ünvanı və telefon nömrəsi haqqında məlumatları.
Göstərilən xidmət və icraçı haqqında istehlakçıya düzgün olmayan məlumatların verilməsi istehlakçının həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulması ilə nəticələnərsə, istehlakçı müqaviləni pozmaqla, ona dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb edə bilər.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və 498-15-04).
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Təklif edilmiş nümunələr əsasında mal almaq istəyərkən aldanmamaq, rastlaşa biləcəyiniz fors-major hallardan sğortalanmaq və hüquqlarınızın pozulmasına yol verməmək üçün müqavilə bağlayarkən diqqətli olun.
Malların nümunələr üzrə alqı-satqı müqaviləsi hər iki tərəfin qarşılıqlı razılığı ilə tərtib edilmiş sənədlə (müqavilə) rəsmiləşdirilə və ya mal almaq haqqında poçt, teleqraf, teletayp, telefon, elektron və s. üsullarla bilavasitə tərəflərin iradəsilə bağlanıla bilər.
Malların nümunələr üzrə alqı-satqı müqaviləsində (hansı formada bağlanılmasından asılı olmayaraq) aşağıdakılar göstərilməlidir:
- satıcının adı və hüquqi ünvanı;
- istehlakçının və ya onu təmsil edənin soyadı, adı, atasının adı, ünvanı;
- malın çatdırılma ünvanı və tarixi;
- malın adı, artikulu, komplektə daxil olan predmetlər, malın qiyməti;
- göstərilən xidmətin növü, yerinə yetirilmə müddəti və qiyməti;
- satıcı və istehlakçının öhdəlikləri.
Malların nümunələr üzrə alqı-satqı müqaviləsi bilavasitə satış yerində malın dəyərinin ödənilməsi barədə istehlakçıya kassa, əmtəəçeki (digər sənəd) verildiyi andan və ya satıcının təklif etdiyi şərtlərlə istehlakçının mal almaq niyyətini bu və ya digər rabitə vasitəsiləçatdırdığı vaxtdan bağlanılmış hesab edilir.
Müqavilədə digər qayda nəzərdə tutulmadıqda, satıcı malın daşınması, çatdırılması, mürəkkəb texniki malların quraşdırılması, istismara hazırlanması və saxlanılması xidmətlərini də həyata keçirməlidir.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti vəİstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və 498-15-04).
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda hər bir istehlakçının istehlak olunan malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq hüququ təsbit edilmişdir. Qanunun 6-cı maddəsinə əsasən zəmanət müddəti, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi andan başlanır.
Zəmanət müddəti-müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Zəmanət müddəti malın (işin, xidmətin) zəmanət talonunda, pasportunda, nişanlanma kağızında və yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur.
Tez xarab olan və insanların sağlamlığına, həyatına, əmlakına, habeləətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların üzərində və ya onlara əlavə edilən müvafiq sənədlərdə isə yararlılıq müddəti göstərilir.
İstehsalçı malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini təmin etməlidir. Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır.
İstehlakçı satıcı qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədəAzərbaycan Respublikasının Mülki Məcəlləsindəmüəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti