İstehlakçılara göstərilən çoxsaylı məişət xidmətləri sırasında fərdi geyim tikişi və təmiri atelyeləri öz popyulyarlığı ilə fərqlənir. Hazırlanmış geyim malları ölçüsünə, fasonuna və s. hər hansi səbəbdən tələblərimizə uyğun gəlmədikdə adətən üz tuturuq fərdi paltar tikişi və təmiri xidmətlərini təklif edən dərzi atelyelərinə. Belə məntəqələrə müraciət edərkən istehlakçı hüquqlarının pozulmaması üçün nəyi bilməli və hansı məqamlara diqqət etməlidir?
Kimyavi təmizləmə məntəqələrinin xidmətlərindən hər birimiz zaman-zaman istifadə edirik. İstehlakçıların hüquqlarının pozulması ilə bağlı daxil olan müraciətlərin təhlili göstərir ki, bu sahədə də müəyyən problemlər qalmaqdadır. Belə olduqda nə etməli və hüquqlarımızın müdafiəsi üçün hansı addımları atmalıyıq?
Mövcud qanunvericiliyə əsasən, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının aradan qaldırılmasını, malın, həmin mala uyğun digər modelli malla əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər.
Qanunvericiliyə görə bu kimi mallar normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, eləcə də alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır
Bijuteriya qiymətli olmayan materiallardan hazırlanmış bəzək əşyası olub istehsalında ən müxtəlif metallardan, nazik və rəngli şüşələrdən, o qədər də baha olmayan daşlardan, plastmas, keramika və s. istifadə edilir. Xarici görünüşcə bijuteriya məhsulları qiymətli zinyət əşyalarına bənzəsə də əslində material, qiymət və digər əlamətlərinə görə onlardan xeyli dərəcədə fərqlənirlər.
Mövsümü amillərlə əlaqədar təsərrüfat subyektləri sanki malların qiymətlərindəki endirimlərin reklamı sahəsində bəhsə çıxıblar. Bu endirimlərin istehlakçılara çatdırılması üçün mağazaların pəncərələrindən, vitrinlərindən və fasadlarından geniş istifadə olunur.