COVID-19 pandemiyası şəraitində müəyyən xidmət sahələrinə, o cümlədən çatdırılma (kuryer) xidmətlərinə tələbat artdığından, bu sahədə yeni bazar subyektləri fəaliyyətə başlayıb və rəqabət daha da artıb. Artan tələbatı nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çatdırılma (kuryer) xidmətləri bazarında sağlam rəqabət şəraitinin qorunması üçün həmin sahəyə nəzarəti daha da artırılıb.
İstehlak bazarında malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri ilə bağlı istehlakçıların müraciətləri də artır. Bu halların qarşısının alınması, istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində məişət texnikası və əşyalarının, geyimlərin, mobil telefonların, mebel istehsalı və satışını həyata keçirən müəssisələrin, həmçinin xaricdən sifariş verilən malların çatdırılması ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın “Nippon İxrac və İnvestisiya Sığortası” şirkəti (NEXI) arasında Ümumi Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov və NEXİ-nin sədri və baş icraçı direktoru Atsuo Kuroda imzalayıblar. Memorandumda Azərbaycan və Yaponiya arasında ixrac krediti və investisiya sığortası sahəsində bilik və təcrübənin artırılması məqsədilə müzakirələrin, həmçinin yerli və qonşu bazarlara dair məlumat mübadiləsinin aparılması və birgə təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 15 aprel 2021-ci il tarixində dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul səlahiyyətli nümayəndələrinin iştirakı ilə “Satınalma prosedurları: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda onlayn görüş keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının şəffaflaşdırılması, satınalmaların sahibkarlıq subyektləri üçün əlçatanlığının daha da artırılması, sağlam rəqabət mühitinin yaradılması, həmçinin təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti üzrə tədbirlərini davam etdirir, bu istiqamətlərdə aidiyyəti qurumlarla əməkdaşlığını genişləndirir.
Statistika göstərir ki, hər il ölkəmizdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində onlarla insan əmək qabiliyyətini itirir, xəsarət alır və ya ölüm halları baş verir.