ALKAQOLLU İÇKİ ALARKƏN DİQQƏTLİ OLUN
Ümumi məlumat.Alkoqollu içkilər etil spirtinin istifadəsi ilə hazırlanmış sənaye mallarıdır. Tərkibindəki spirtin miqdarından asılı olaraq bu içkilər aşağıdakı növlərə bölünür:- yuksək alkoqollu (96 %-dək) - etil spirti. - tünd (31-65%) - araq, rom, viski, konyak və s. - orta alkoqollu (9-30%) - likor, çaxır və s. - az alkoqollu (1,5-8%) - pivə və s.Cod
Ağzı alüminium folqadan qapaqla örtülən butulkaların içərisinə sellofanla örtülmüş kartondan astar qoyulmalı və ağzı möhkəm bağlanmalıdır.
Alkoqollu içkilərin etiketlənməsi və saxlanması
Alkoqollu içkilərin etiketində aşağıdakı məlumatlar olmalıdır:
- adı;
- mənşəyi haqqında (istehsalçısı və istehsal olunduğu ölkə) məlumat;
- istehsalında istinad olunan standartın nömrəsi və sertifikatlaşdırma barədə qeyd;
- spirtin faizlə miqdarı;
- doldurulma tarixi;
- aromatik maddələrin miqdarı (əgər varsa);
- həcmi.
Alkoqollu içkilər quru, havası yaхşı dəyişdirilə bilən anbarlarda 10-
Alkoqollu içkilərin ticarət qaydalarına olan tələblər
Alkoqollu içkilərin satışına aidiyyəti orqanlar tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında keyfiyyətini və mənşəyini təsdiq edən sənədlər olduqda icazə verilir. Mal alarkən satıcıdan (istehsalçıdan) qeyd olunan sənədləri tələb etmək hüququnuzdur.
Pivə istisna olmaqla tündlüyu 18%-dən çox olmayan içkilərin plastik, tetrapak tipli və dəmir qablarda satışına yol verilmir. .
Alkoqollu içkilərin məktəbəqədər və
orta ümumtəhsil müəssisələrində, müalicə mərkəzlərində və onlara yaxın yerlərdə, eləcə də 18 yaşına çatmamış şəxslərə pərakəndə satışı qanunvericiliklə qadağandır.
Alkoqollu içkilərin keyfiyyətinin yoxlanılması
Alkoqollu içkilərin keyfiyyətini yoxlamaq uçun onu möhkəm çalxalamaq lazımdır. əgər butulkanın içərisində iri qabarcıqlar əmələ gələrsə, bu malın keyfiyyətinin itməsini göstərir. Nəzərə alın ki, keyfiyyətsiz alkoqollu içkilər sağlamlığınız üçün təhlükə mənbəyidir.
Alkoqollu içki alarkən eyni zamanda qabın üzərində yapışqan izlərinin olmamasına, hazırlanma və saxlanma müddətlərinin dəyişdirilməməsinə, qapağının çıxıntısız olmasına və s. diqqət edin.














