Axtarış

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

YODLAŞDIRILMIŞ DUZDAN İSTİFADƏ EDİN

Duzun yodlaşdırılmasının əhəmiyyəti

duz_1_thumb100_İnsan orqanizmində maddələr mübadiləsində duz həlledici rol oynayır. Duzun gündəlik istehlakının optimal miqdarı 6 qr-dan artıq olmamalıdır. İnsanlar tərəfindən istehlak olunan duzun 80%-i  hazır məhsullar vasitəsi ilə qəbul edilir, əlavə duzlamaq üçün gündə 2-3 q duz istifadə edilir.Duz orqanizm üçün tələb olunan yodun mənimsənilməsində ən təsirli vasitələrdən biridir. Lazım olan hormonların yaranması üçün yodun orqanizmə daxil olması vacib şərtlərdən biridir. Məhz bu səbəbdən  yodlaş-dırılmış duzdan istifadəyə xüsusi əhəmiyyət verilməlidir.

Yaş qrupundan asılı olaraq gündəlik yoda olan tələbat

yaş qrupu    yoda olan tələbat (mkq/sut)

-1 yaşa qədər uşaqlar  50                                      

-kiçik yaşlı (2-6 yaş arası) uşaqlar 90                 

-7-12 yaş arası uşaqlar  120                                   

-hamilə qadınlar və südverən analar  200              

-yaşlı insanlar  100                                                 

Yodlaşdırılmamış duzun fəsadları

Yodlaşdırılmamış duzdan istifadə edilməsi aşağıdakı fəsadlara yol aça bilir:

yod çatışmazlığı hipotireoza, artıqlığı isə hipertireoza səbəb olur;

qida maddələrinin tərkibində lazımi miqdarda yod olmadıqda, orqanizmdə qalxanabənzər vəzi hipertrofiyaya (endemik ur xəstəliyi) uğrayır;

orqanizmdə maddələr mübadiləsinin, xüsusilə zülal və karbohidratların müba-diləsini zəiflədir;

orqanizmin müqavimətini azaldır;

cinsiyyət orqanlarının fəaliyyətini zəiflədir;

uşaqların əqli və fiziki inkişafdan qalma-sına səbəb olur;

hamilə qadınlar arasında erkən doğuşa və ölü döl doguşuna səbəb olur və s.

Duzun yodlaşdırıldığının müəyyən edilməsi üsulları

Duzun qablaşdırılmasında onun yodlaş-dırıldığına dair məlumat qeyd olunmalıdır.

Duzun yodlaşdırıldığının müəyyən edil-məsində laboratoriya təhlilləri əsas vasitələrdən  biridir.

Normativ-texniki sənədlərin tələblərinə görə duzda yodun kütlə payı 40+10 mkq/q olmalıdır.

Məişət şəraitində duzun yodlaşdırıldığını müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur. Stabilləşdirilmiş kraxmalı duzun üstünə tökdükdə göy ləkənin əmələ gəlməsi onun yodlaşdırıldığını göstərir.

Bunları bilmək vacibdir

duz alarkən onun istehsal tarixinə və saxlanma müddətinə diqqət yetirin;

yodlaşdırılmış xörək duzunun hazırlan-dığı gündən etibarən istifadəyə yararlıq müddəti  9 aydır;

yodlaşdırılmış duzu quru, sərin və qaranlıq yerdə, qapağı bağlı qablarda saxlamaq lazımdır;

yemək hazırlayarkən yod itkisinə yol verməmək üçün duzu son mərhələdə əlavə edin və s.

 

 

Xəbərdarlıq , yeni pəncərədə açılır ! Çap

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner