İSTEHLAKÇI HÜQUQLARININ QORUNMASI İLƏ BAĞLI İCTİMAİ İAŞƏ FƏALİYYƏTİLƏ MƏŞĞUL OLAN SAHİBKARLARIN VƏZİFƏLƏRİ
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublika-sının Qanununda istehlakçıların aşağıdakı hüquqları təsbit edilmişdir:malları (işləri, xidmətləri) və onların istehsalçısını, icraçısını və satıcısını sərbəst seçmək;istehlak olunan malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükə-sizliyinə zəmanət almaq; malların (işlərin, xidmətlərin) miqdarı (çəkisi), çeşidi, mənşəyi, keyfiyyəti və qiyməti haqqında dolğun və düzgün informasiya əldə etmək;keyfiyyətsiz malları (işləri, xidmətləri) geri qaytarmaq və onların vurduğu zərərin satıcı obyekt, yaxud da onun istehsalçısı tərəfindən ödənilməsini tələb etmək;öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək;ictimai təşkilatlarda (istehlakçılar birliyi) birləşmək.
Qeyd olunan Qanunda, eləcə də “Yeyinti məhsulları haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Standartlaşdırma haqqında”, “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanunlarında və digər normativ hüquqi aktlarda istehlakçıların hüquqlarının qorunması ilə bağlı sahibkarlıq subyektlərinin qarşısında bir sıra vəzifələr qoyulmuşdur. Qanunvericilikdə müəyyən edilmiş bu vəzifələri yerinə yetirmək üçün aşağıdakılara əməl edin:
MƏHSULLARIN KEYFİYYƏTİNİ VƏ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİN
hazırlanan ictimai iaşə məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin vaxtaşırı müvafiq səlahiyyətli orqanların laboratoriyalarında analizlərdən keçirilməsini
təmin edin və nəticələrdən asılı olaraq müvafiq tədbirlər həyata keçirin;
ərzaq xammalını, köməkçi materialları, hazır məhsulları obyektə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, gigiyenik, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları və s.) əsasında qəbul edin;
ictimai iaşə obyektlərində məhsulun hazırlanması və digər məqsədlər üçün qanun-vericilikdə nəzərdə tutulmuş tələblərə və gigiyena normalarına cavab verən isti və soyuq suyun olmasını təmin edin;
alıcının müstəqil və ya obyektin işçisinin köməkliyi ilə aldığı ictimai iaşə məhsulunu həcmini (çəkisini) yoxlamaq üçün görünən yerdə nəzarət ölçmə vasitələrinin yerləşdirilməsini təmin edin. Ölçü vasitələrinin vaxtaşırı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərərfindən metroloji yoxlamadan keçirilməsini təmin edin.
OBYEKTİ ZƏRURİ OLAN CİHAZ VƏ AVADANLIQLARLA TƏCHİZ EDİN
ictimai iaşə məhsullarını lazımi şəraitdə saxlamaq üçün obyekti soyuducu və digər zəruri avadanlıqlarla təchiz edin;
müştərilərə yüksək səviyyədə xidmət göstərmək və onların rahatlığını təmin etmək üçün obyekti zəruri olan vasitələrlə və avadanlıqlarla (mebel, qab-qacaq, alətlər və s.) təchiz edin;
iş gününün sonunda yığılmış zibil və məişət tullantılarını uzaqlaşdırmaq üçün obyekti lazımi sayda və zəruri tələblərə cavab verən zibil qabları, eləcə də kanalzasiya sistemi ilə təchiz edin;
xidmət zalında temperaturun və nəmliyin tənzimlənməsi üçün optimal havalandırma sisteminin qurulmasını təmin edin və s.
MALLARIN SAXLANMASI, DAŞINMASI VƏ SATIŞA QOYULMASI ZAMANI TƏLƏBLƏRƏ ƏMƏL EDİN
ərzaq xammalının, köməkçi materialların və hazır məhsulların anbarda və xidmət zalında vitrində və ya soyuducu kameralarda müvafiq temperatur rejimlərinə uyğun müddətlərdə saxlanmasını təmin edin;
istifadə olunan xammalı və hazır məhsulları eyni yerdə saxlamayın;
obyekt işə başlamazdan əvvəl müştərilərə lazımi qaydada xidmətin göstərilməsini təmin etmək üçün bütün hazırlıq işlərini aparın. Hər gün işə başlamazdan əvvəl ərzaq xammalının, hazır məhsulların saxlanma və yararlılıq müddətlərinin ötüb-ötmədiyini yoxlayın. Saxlanma və yararlılıq müddətləri ötmüş məhsulların müvafiq qaydada məhv edilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirin.
MÜŞTƏRILƏRƏ İCTIMAİ İAŞƏ MƏHSULLARI VƏ GÖSTƏRİLƏN XİDMƏTLƏR BARƏDƏ DOLĞUN VƏ DÜZGÜN MƏLUMAT VERİN
göstərilən xidmətlərin düzgün seçilməsi məqsədi ilə istehlakçıya aşağıdakılara dair məlumatların obyektin mülkiyyətçisi və ya rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmasını təmin edin:
xidmətlərin siyahısı və icra şərtləri;
xidmətlərin qiymətləri və ödəniş şərtləri;
təklif olunan iaşə məhsullarının hazırlanma üsulları;
təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri;
istehlakçıya müvafiq məlumatların Azərbaycan dilində, zəruri hallarda isə xarici dillərdə verilməsini təmin edin;
istehlakçı ona təklif olunan iaşə məhsullarının əsas istehlak xassələri, keyfiyyəti, həmçinin xörəklərin hazırlanma texnologiyası barədə əlavə məlumatlar almaq istədikdə, ona bu məlumatların verilməsini təmin edin.
MÜŞTƏRILƏRLƏ HESABLAŞMALARDA TƏLƏBLƏRƏ ƏMƏL EDIN
ictimai iaşə obyektlərində müştərilərlə hesablaşmalar zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesabı təqdim edin;
icraçı qarşılıqlı razılıq və şərtlər əsasında hər bir istehlakçıya xidmət göstərməyə borcludur. Xidmət şərtlərini, o cümlədən qiymətləri (qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı istehlakçı kateqoriyalarına güzəştli xidmətlərin göstərilməsi halları istisna olmaqla) bütün istehlakçılar üçün eyni (bərabər) müəyyən edin;
xidmət işçilərini fəaliyyət sahəsindən və işin xüsusiyyətlərindən asılı olaraq təmiz iş paltarları (önlük, papaq, əlcək və s.) ilə təmin edin;
ictimai iaşə məhsullarının hazırlanmasını və xidmətin göstərilməsini həyata keçirən işçilərin xüsusi hazırlıqlı olmalarını və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada və vaxtaşırı olaraq tibbi müayinələrdən (baxışlardan) keçmələrini təmin edin. İşçilərə məxsus sağlamlıq kitabçalarını obyektdə saxlayın;
. işə qəbul edilən işçilərlə əmək müqaviləsi bağlayın
ƏVVƏLCƏDƏN SİFARİŞ ÜZRƏ GÖSTƏRİLƏCƏK XİDMƏTİN İCRA
MÜDDƏTİ POZULDUQDA VƏ YA KEYFİYYƏTSİZ YERİNƏ
YETİRİLDİKDƏ İSTEHLAKÇININ HÜQUQLARINI TƏMİN EDİN
əvvəlcədən sifariş üzrə göstəriləcək xidmətin icra müddəti pozulduqda və ya keyfiyyətsiz yerinə yetirildikdə istehlakçı icraçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
sifarişin icrası üçün yeni müddətin müəyyən edil-məsini;
göstərilən xidmətin qiymətinin aşağı salınmasını;
icraçının hesabına (istehlakçını qane edən müddətdə) nöqsanların aradan qaldırılmasını və ya müvafiq keyfiyyətdə oxşar iaşə məhsulunun hazırlanmasını, yaxud onun digər məhsulla əvəz olunmasını;
xidmətdən imtina edilməsini.
icraçı istehlakçıdan lazımi keyfiyyəti olmayan
istehlakçının müvafiq keyfiyyətdə oxşar iaşə məhsulunun hazırlaması, yaxud onun digər məhsulla əvəz olunması tələbini məhsul olduqda dərhal yerinə yetirin, zərurət olduqda onun keyfiyyətinin yoxlamadan keçirilməsini və ya alıcı ilə razılaşdırılmış müddət ərzində əvəz edilməsini təmin edin;
lazımi keyfiyyətdə olmayan məhsul eyni növdə (çeşiddə) keyfiyyətli məhsulla əvəz edilərkən və ya yenidən hazırlanarkən qiymət dəyişərsə, istehlakçıdan qiymət fərqinin ödənilməsini tələb etməyin;
lazımi keyfiyyətdə olmayan məhsul eyni növdə (çeşiddə) keyfiyyətli məhsulla əvəz edilərkən və ya yenidən hazırlanarkən qiymətlər dəyişdikdə, məhsulun dəyərini göstərilən məhsulun alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablayaraq əvəz edilməsini və ya yenidən sifarişin alınmasını təmin edin;
məhsulların əvəz olunması ilə əlaqədar istehlakçıya dəyən zərərin tam həcmdə ödənilməsini təmin edin.














