ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində ev əşyalarının satışını həyata keçirən sahibkarlarla görüş keçirilib

Qiymət intizamı, malların dəyişdirilməsi və qaytarılması ilə bağlı istehlakçı hüquqları, qüsurlu mal satılarkən sahibkarların vəzifələri və digər məsələlər müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ev əşyalarının satışını həyata keçirən sahibkarlıq subyektləri ilə görüş keçirilib.  

Görüşdə qiymət intizamı, malların dəyişdirilməsi-qaytarılması ilə bağlı istehlakçı hüquqları, qüsurlu mal satılarkən sahibkarın vəzifələri, həmçinin istehlakçıların müvafiq sahədə daha çox qarşılaşdığı problemlər müzakirə olunub.

Bundan əlavə, sahibkarlara müvafiq sahədə qanunvericiliyin tələbləri izah edilib, istehlakçı hüquqlarının qorunması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.