Sintetik yuyucu vasitə alarkən nələrə diqqət etməliyik?
Sintetik yuyucu vasitələr parça, metal, şüşə, keramik və sair səthlərdən çirklənmə, ləkələrin təmizlənməsi üçün istifadə edilən çoxkomponentli birləşmələrdir. Bu vasitələr yüksək effektivliyə malik olub istehsalı təsərrüfat sabunu ilə müqayisədə daha ucuz xammala əsaslanır. Sintetik yuyucu vasitələr geniş çeşidliliyə malikdir və istehlakçılara müxtəlif məmulatların xüsusiyyətlərinə uyğun yuyucu vasitə əldə etməyə imkan verir.
Ətir alarkən nələrə fikir vermək lazımdır?
Ətir müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığıdır. Əvvəlcədən əldə edilmiş resept üzrə qarışıq hazırlanır. Daha sonra bu qarışıq ən keyfiyyətli az miqdarda su əlavə olunmuş spirtlə qarışdırılır. Ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunur. Bundan başqa, ətirlərə qoxusunu uzun müddət saxlaması üçün də müəyyən maddələr, alındığı maddənin təbii çalarına uyğun rənglər qatılır.
Ətriyyat kosmetik mallara, həm də parfümer mayelər, ətir, tualet suyu, odekalonlar aiddir.
Saqqız alərkən nələrə fikir vermək lazımdır?
Saqqız xüsusi kulinar məmulatı olub, əsasını yeyilməyən elastik maddə təşkil edir. Tərkibində müxtəlif tamlı və ətirli əlavələr vardır. Bunlara şəkər pudrası, limon turşusu, mentol, portağal və s. göstərə bilərik. Ümumi və xüsusi təyinatlı (validollu, ksilitli, sorbitli, kariesə qarşı profilaktik, nikotinə qarşı və s.) olur. İstifadəsi zamanı saqqız demək olar ki, heç vaxt kiçilməyərək əvvəlki həcmində qalır, lakin tərkibindəki tamı və ətri müəyyən vaxtdan sonra itir və atılır.
Gözlük alarkən nələri bilmək lazımdır?
İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən gözlüklər hazırda ölkənin əksər ticarət obyektlərində, eləcə də pərakəndə və səyyar şəkildə satılmaqdadır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edir ki, gözlük alarkən diqqətli olsunlar.
Qeyd edək ki, gözlüklər iki növ materialdan, plastik və şüşədən hazırlanır. Şüşənin də öz növləri vardır ki, bunlara adi, xamelyon və s. misal göstərmək olar. Plastik materialdan olan gözlüklər yüngül və rahat olmasına baxmayaraq tez sınıb çatlayır. Ona görə də şüşədən hazırlanan gözlüklər daha keyfiyyətli hesab olunur.
Gözlüklərin istifadə məqsədi müxtəlifdir.
Xəz malları alarkən aldanmamaq üçün nələrə diqqət yetirmək lazımdır?
Qış mövsümü ilə əlaqədar tekstil və xəz mallarına tələbat çoxalıb. Bu üzdən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edir ki, xəz malları alarkən diqqətli olsunlar. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bunun üçün ilk öncə xəz məlumatlarının xüsusiyyətini bilmək lazımdır.
Birinci növbədə satıcı tərəfindən istehlakçıya malın adı, istehlak xüsusiyyətləri, effektiv, zərərsiz istifadə qaydaları, istehsalçı firma, malın standartları və hansı tələblərə cavab verməsi haqqında dolğun məlumat verilməlidir. Bu məlumatda həmçinin, istehlakçıya malın zəmanət müddəti, etibarlılıq və istifadə müddəti haqqında məlumat əksini tapmalıdır.
Tekstil və trikotaj malları, xəz məmulatları satışa çıxarılmazdan əvvəl, satışqabağı hazırlıq mərhələsindən keçməlidirlər.
Uşaq oyuncaqları alanlara məsləhət
Uşaq oyuncaqları uşağın zehni, estetik, fiziki tərbiyəsində və inkişafında mühüm rol oynayır. Oyuncaqlar uşağa ətraf mühiti dərk etməkdə, məqsədyönlü fəaliyyətdə, düşüncə, yaddaş, nitq və emosiyanın inkişafına kömək edir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edir ki, uşaqlara oyuncaq alarkən ehtiyatlı olsunlar. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bəzi oyuncaqlar uşaqların orqanizmi üçün təhlükə törədə bilər.Oyuncaqlar plastmas, metal, ağac, rezin, parça, karton və s. kimi materiallardan hazırlanır. Bunların da hər birinin müəyyən müsbət, yaxud mənfi xüsusiyyətləri var. Məsələn parçadan hazırlanan oyuncaqlar uşaq üçün daha təhlükəsizdir. Uşaq onu özünə rahat sıxa, qucaqlaya bilər. Plastmas, rezin oyuncaqlar təhlükəsiz olsa da kimyəvi tərkibi mənfi fəsadlar yarada bilər. Metal və ağac materiallarından oyuncaqlar isə uşağı zədələyə bilər. Uşaq oyuncaqları 3 əsas tipə, qızlar üçün, oğlanlar üçün və universal oyuncaqlara bölünür. Qız və oğlan oyuncaqları gələcəkdə onların görəcəkləri işləri xarakterizə edir. Universal oyuncaqlar isə uşaqların hərtərəfli inkişafı, onların məntiqi düşüncəsinin formalaşması baxımından zəruridir.
Ticarət obyektləri hansı tələblərə cavab verməlidir?
Realizə olunan malların standartlara uyğunluğunu, keyfiyyətli və təhlükəsiz olmasını təmin etməklə yanaşı ticarət obyektlərinin özlərinin müəyyən olunan zəruri tələblərə cavab verməsi də vacib amillərdəndir. Bu məqsədlə ticarət, ictimai iaşə və digər növ xidmət obyektlərinin modernləşdirilməsi, texniki cəhətdən yenidən qurulması istehlakçıların hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Hər gün respublikada yeni-yeni obyektlər açılır, rekonstruksiya olunur və müştəriləri özlərinə cəlb etmək üçün müxtəlif təkmilləşdirmələrə əl atırlar.
Çörək alarkən nəyə fikir vermək lazımdır?
Çörək insanların gündəlik tələbatını ödəyən ərzaq məhsuludur. Lakin çörək alarkən son dərəcə diqqətli olmaq vacibdir. Çünki, qida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükəli olur. Bu səbəbdən İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörəyin istehlakçılara keyfiyyətli şəkildə çatdırılması, daşınması, saxlanması, qablaşdırılması və s. kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, çörəyin daşınması zamanı xüsusi sanitar qaydalara əməl olunmalıdır. Belə ki, çörəklər ticarət şəbəkələrinə bu məqsəd üçün nəzərdə tutulan xüsusi maşınlarla daşınmalıdır.
Qeyd edək ki, çörəк əsasən buğda və covdar unundan hazırlanır.











