Xəz malları alarkən aldanmamaq üçün nələrə diqqət yetirmək lazımdır?

10.11.2011

 

Qış mövsümü ilə əlaqədar tekstil və xəz mallarına tələbat çoxalıb. Bu üzdən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edir ki, xəz malları alarkən diqqətli olsunlar. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bunun üçün ilk öncə xəz məlumatlarının xüsusiyyətini bilmək lazımdır.
Birinci növbədə satıcı tərəfindən istehlakçıya malın adı, istehlak xüsusiyyətləri, effektiv, zərərsiz istifadə qaydaları, istehsalçı firma, malın standartları və hansı tələblərə cavab verməsi haqqında dolğun məlumat verilməlidir. Bu məlumatda həmçinin, istehlakçıya malın zəmanət müddəti, etibarlılıq və istifadə müddəti haqqında məlumat əksini tapmalıdır.
Tekstil və trikotaj malları, xəz məmulatları satışa çıxarılmazdan əvvəl, satışqabağı hazırlıq mərhələsindən keçməlidirlər.

Bu mərhələlərə bağlamalardan açılma, növlərə ayırma, mala baxış, görünüşünə görə malın keyfiyyətinin təyini, mal və onun hazırlanması haqda məlumat, əgər ehtiyac olarsa malın təmizlənməsi, ütülənməsi daxildir.
Təklif olunan mallar satış üçün növ, model, ölçü, boy və s. qruplara bölündükdən sonra satış yerlərində düzülməlidir. Trikotaj, hazır tikili mallar, xəz məmulatları, ayaqqabılar satış zalında ayrı-ayrı yerləşdirilməlidir. Parçalar toxunduğu sapların növlərinə, tərkibinə görə, xəz məmulatları isə xəzin növlərinə görə qruplaşdırılır. Hər bir malın yarlığında, malın adı, qiyməti, ölçüsü, boyu, xəz növü, rəngi olmalıdır. Satışa çıxarılan xəz məmulatları sertifikatlaşdırılmalıdır.
Satıcı alıcıya bu malları geyinmək və ölçüsünü yoxlamaq üçün şərait yaratmalıdır. Bunun üçün satış zalında geyinib-soyunma otağı, oturacaqlar, dayaqlar və güzgülər olmalıdır. Alınan mallar alıcıya qablaşdırılmış vəziyyətdə verilməli və qablaşdırmaya görə alıcıdan pul alınmamalıdır.
Malın yarlığında istehsalçı müəssisənin əmtəə nişanı, istehsalçının adı, ünvanı, malın adı, mal üçün standartın və texniki şərtin qeydi, modelin nömrəsi, ölçüləri, xammalın tərkibi (istifadə olunan), istehsal tarixi və s. öz əksini tapmalıdır. Mal nişanı olan lentin üzərində istehsalçı-müəssisənin əmtəə nişanı, xammalın tarkibi, mala qulluq üçün simvollar və s. olmalıdır. Parçadan tikilmiş malların hər birinə əsas materialın kiçik bir parçası və onun uzərinə istifadə olunan hər ölçüdə düymədən bir ədəd olmaqla ehtiyyat düymələri tikilməlidir.
Xəzdən hazırlanan mallara karton yarlık lent ilə bərkidilir və tekstil lent malın iç sol tərəfinə tikilir. Orada mal haqda lazım olan məlumat qeyd olunmaqla markalanır. Xəz məmulatlar xəz hissəsi içəri tərəfə çevrilməklə bükülür.
Dəri ayaqqabılar da geniş yayılmiş mallar sırasına daxildir. Ayaqqabılar xüsusi karton qutulara, kağız və polietilen paketlərə yerləşdirilir. Model, lak, velyur, zamş, nabuk, ağ rəngli, açiq rəngli, sintetik dəridən olan bütün ayaqqabılar karton qutulara cüt-cüt yığılır və tayların arasına kağız qoyulur. Hər tay ayrıca paketə qoyulur. Hər tayın içində plastmas, yumşaq kağız parçası, yaxud karton parçası yerləşdirilməlidir. Bu ayaqqabının formasının qorunub saxlanılması üçündür. Uzunboğaz çəkməda isə boğaz hissəyə də karton parçası qoyulmalıdır. Ayaqqabı seçərkən insan sağlamlığı üçün ziyansız olan təbii dəri və gönlərdən hazırlanan, istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılara üstünlük verilir.

hostgator coupon or play poker on party poker
Bütün Müəllif hüquqları © 2011 Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üçün Qorunur.