Rüstəm Məmmədov
Sual: Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilmişdir.
Həmin mallar aşağıdakılardır:
-qızıl və qızıl məmulatları;
-qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar;
-istehsal qüsurları istisna olmaqla bütün növ parçapar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr);
-parfümer-kosmetika malları;
-bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
-məişət kimyası malları;
-şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.);
-uşaq oyuncaqları;
-istehsal qüsurları istisna olmaqla istifadə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar;
-ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar;
-dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.












