Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 527, 20 dekabr 1996-cı il

01.02.2010

Son vaxtlar Azərbaycan Respublikasında istehsal olunan və xarici ölkələrdən gətirilən bir sıra alkoqollu içkilər və tütün məmulatları növlərinin sanitar-gigiyena normalarına uyğun gəlməməsi və aşağı keyfiyyətli belə malların satışının geniş yayılması əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilmiş, ölkənin şərabçılıq və tütün sənayesinin inkişafı üçün ciddi çətinliklər yaratmışdır.

Ətraflı...

Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 90, 5 fevral 1999-cu il

31.01.2010

Əhalinin sağlamlığının qorunması və daxili bazarın müdafiəsi ilə bağlı məsələlərin həllinə yönəlmiş «Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli fərmanı bu sahədə dövlət nəzarətinin gücləndirilməsində, həmin məhsulların istehsalında və idxalında lisenziya qaydalarının, satışında aksiz markalarının tətbiqi istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsində böyük rol oynamışdır.

Ətraflı...

«Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 267, 26 yanvar 2000-ci il

29.01.2010

«Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Ətraflı...

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 782, 2 sentyabr 2002-ci il

29.12.2009

Ölkədə sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan amillərdən biri bəzi sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasıdır. Son illər bu sahədə bir sıra işlərin görülməsinə baxmayaraq, hələ də sahibkarlığın inkişafına mane olan hallar tam aradan qaldırılmamışdır. Belə ki, mövcud lisenziyalaşdırma sistemi xüsusi icazə verən dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara təzyiq vasitəsinə çevrilmiş, bəzi hallarda isə rüşvətxorluğun yayılmasına şərait yaratmışdır. Ölkədə 240-dan çox fəaliyyət növünün xüsusi icazə əsasında fəaliyyəti və lisenziyanın qısa müddətə verilməsi, faktiki olaraq, sahibkarlığın inkişafına, iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir etmiş, sağlam rəqabət mühitinin formalaşması və istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsi yolunda inzibati-bürokratik əngələ çevrilmişdir.

Ətraflı...

Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 790, 28 sentyabr 2002-ci il

01.12.2009

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmiş və digər tədbirlər həyata keçirilmişdir. Onların arasında Azərbaycan Respublikası prezidentinin «İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» 1996-cı il 17 iyun tarixli 463 nömrəli və «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanları, Azərbaycan Respublikası prezidentinin 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)» xüsusi yer tutur. Bu tədbirlərin və eləcə də həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq hazırda ölkədə ümumi daxili məhsul istehsalının 71 faizi, o cümlədən sənayedə 50 faizi, kənd təsərrüfatında və ticarətdə 99 faizi özəl bölmənin payına düşür.

Ətraflı...

Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 218,1 aprel 2005-ci il.

30.11.2009

Azərbaycan Respublikasından yeyinti məhsullarının Avropa İttifaqı ölkələri bazarlarına ixracının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

Ətraflı...

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 504, 28 dekabr 2006-cı il

19.05.2009

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və sosial-iqtisadi proseslərin idarə edilməsinin müasir tələblərə uyğun təşkilini təmin etmək məqsədilə qərara alıram:

Ətraflı...

Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 113, 24 iyun 2009-cu il

14.05.2009

Ölkə iqtisadiyyatında inhisarçılığın qarşısının alınması və haqsız rəqabətlə mübarizənin gücləndirilməsi, habelə Azərbaycan Respublikasında istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

Ətraflı...

hostgator coupon or play poker on party poker
Bütün Müəllif hüquqları © 2011 Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üçün Qorunur.