İstehlaka yararsız mallar məhv edilmişdir

Çap
19.01.2012

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Binəqədi rayonunda
- Biləcəri qəsəbəsində Əsalət Surxay oğluna məxsus mağazada; 
- Balaxanı şossesindəki "Xəzər market"də;
- Binəqədi qəsəbəsi, Mədən 2 ünvanındakı "Mövsüm market"də;
- M.Ə.Rəsuladə qəsəbəsi, Azadlıq prospekti, ev 2A, mənzil 8 ünvanında Yusif Əhmədova məxsus mağazada
- 6-cı mikrorayon, keçid 1410, ev 4A ünvanında Zeynəb Rəhimovaya məxsus mağazada;
Yasamal rayonunda
- Ə.Hüseynzadə küçəsi, ev 64 ünvanında yerləşən  "Star market"də;
Xətai rayonunda
- Mingəçevir küçəsi, ev 7 ünvanındakı "Kosmos market"də;
- Sosialist küçəsi, ev 16 ünvanında Zaur Əliyevə məxsus mağazada;
Səbail rayonunda
- M.Hüseyn küçəsi, ev 42/76, mənzil 4/4A ünvanında yerləşən "Qloriya market"də;
Suraxanı rayonunda
- Qaraçuxur qəsəbəsində yerləşən "Çinar market"də, Ramiz Hacıyevə və Qəzənfər Əliyevə məxsus mağazalarda;
Mingəçevir şəhərində
- Vidadi küçəsində Vidadi Əliyevə məxsus mağazada;
Quba şəhərində
- Fətəli Xan küçəsində yerləşən "Atlant market"də;
Ağdam rayonunda
- Mahrızlı kəndində Xırda Abbasovaya məxsus mağazada;
Şəki şəhərində
- S.Rəhman küçəsində Pərviz Salahova məxsus mağazada;
Gəncə şəhərində
- Yeni Gəncə qəsəbəsində Cəbrayıl Ələsgərova məxsus mağazada;
Masallı rayonunda
- Ərkivan qəsəbəsində Tapdıq Əhmədova məxsus mağazada;
Sumqayıt şəhərində
- H. Əliyev prospekti, 18-ci məhəllədə Afaq Piriyevaya məxsus mağazada;
ümumi çəkisi 640 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun gəlməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Bundan başqa, qeyd olunan obyektlərdə satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
hostgator coupon or play poker on party poker
Bütün Müəllif hüquqları © 2011 Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üçün Qorunur.