Dövlət Xidməti monitorinqləri davam etdirir

Çap
23.01.2012

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Xətai rayonunda
- Cavanşir küçəsi, ev 9 ünvanında yerləşən "Mif market"də;
Yasamal rayonunda
- F.İbrahimbəyov küçəsi, ev 2 ünvanında Müşviq Abdullayevə məxsus mağazada;
- Kazımzadə küçəsində yerləşən "Rəşad market"də;
Nəsimi rayonunda
- M.Kazımovski küçəsi, ev 13 ünvanında yerləşən "Al-Vadi market"də;
Yevlax şəhərində
- C.Əzimov küçəsindəki "Ailə market"də;
- Füzuli küçəsi, 16 ünvanında yerləşən "Fərid market"də;
ümumi çəkisi 120 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Bundan başqa, qeyd olunan obyektlərdə qiymət intizamının pozulduğu, yəni satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
hostgator coupon or play poker on party poker
Bütün Müəllif hüquqları © 2011 Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üçün Qorunur.