İstehlak bazarında aşkar olunmuş yararsız mallar məhv edilmişdir
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bərdə şəhərində
- H.Aslanov küçəsində Orxan İbrahimova məxsus mağazada;
- İ.Qayıbov küçəsində Yunis Zərgərova məxsus mağazada;
Gəncə şəhərində
- M. Abbaszadə küçəsi, 72 ünvanında Nərminə Əsgərovaya məxsus mağazada;
Şəmkir rayonunda
- Kür qəsəbəsində Xəyal Məmədova məxsus mağazada;
ümumi çəkisi 510 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Bundan başqa, qeyd olunan obyektlərdə malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunmuşdur.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.












