İstehlakçıların aldadılması hallarının qarşısı alınır
26.01.2012
Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 25, 1978-ci məhəllədə Albina Yefimovaya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Bütün qadın mallarına 50% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilmişdir. Belə ki, satışda olan qadın mallarına heç bir endirimin tətbiq olunmadığı aşkar edilmişdir.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılmışdır.
İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.
hostgator coupon or play poker on party poker












