Sabirabadda “Azəbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda Konfrans keçirilmişdir

Çap
27.01.2012

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti regionlarda istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Növbəti maarifləndirmə tədbiri yanvarın 27-də Sabirabad rayonunda təşkil edilmişdir. "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda keçirilmiş Konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Sabirabad Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 200-dən artıq istehlakçı iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev möhkəm təməl üzərində qurulan Azərbaycan iqtisadiyyatının dinamik inkişafının 2011-ci ildə də davam etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, məşğulluğun artdığını, işsizlik səviyyəsinin azaldığını vurğulamışdır. Bütün bunlar əhalinin artan təlabatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanlarının  genişləndirilməsinə, süni qiymət artımının qarşısının alınmasına şərait yaratmaqla, istehlakçıların hüquqlarının daha etibarlı təmin olunmasını zəruri edir.
Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilmişdir.
İnzibati xətaya yol vermiş təssərrüfat subyektləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 1287,8 min manat cərimə edilmişdir. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 306,8 min manat min manat maliyyə sanksiyası tətbiq olunmuşdur.
Eyni zamanda bildirlimişdir ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyəti vardır. Belə ki, istehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalıdırlar. Sahibkarlar isə istehlakçı  hüquqlarının  müdafiəsi  ilə  bağlı  vəzifələrinə  əməl  etməlidirlər.  Bildirilmişdir  ki, Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 160 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanmışdır.
Son zamanlar istehlakçıların maarifləndirilməsi sahəsində aparılan işlər daha da genişləndirilmiş, sosial reklam çarxlarının televiziya kanallarında yayımlanması təşkil olunmuşdur. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif mal və xidmətlər üzrə materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar. Tədbir çərçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.
hostgator coupon or play poker on party poker
Bütün Müəllif hüquqları © 2011 Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üçün Qorunur.