Yararsız ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilmişdir

Çap
14.02.2012

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

BakınınNizami rayonunda
- Q.Qarayev prospekti, ev 104/32 ünvanında Ulduzə Ramazanovaya məxsus mağazada
saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunmuşdur;
Səbail rayonunda
- Muxtarov qəsəbəsi, Nemanzadə küçəsi, ev 52  ünvanındakı "Uğur market"də;
- Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi və Badamdar küçələrinin kəsişməsində Elmir Həsənova məxsus mağazada;

Nizami rayonunda

- Q.Qarayev prospekti, 61 ünvanında yerləşən "Aslan market"də;
- B.Çobanzadə küçəsində Vüqar Aşirova, Mehdi Mehdiyevə və Nəzakət İsmayılovaya məxsus mağazalarda;

Nəsimi rayonunda

- R.Rza küçəsi, ev 101 ünvanındakı "Ailə market"də;
saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir;
Sumqayıt şəhərində
- 13-cü mikrorayon, ev 53 ünvanında Abbas Abbasova məxsus mağazada;
saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır.

Gəncə şəhərində

- Atatürk prospekti, ev135 ünvanında Seymur Ələkbərova məxsus mağazada;

Xaçmaz şəhərində

- İ.Qayıbov küçəsində Teyyub Həşimova məxsus mağazada
isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir.

Ümumilikdə, monitorinqlər zamanı 290 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
hostgator coupon or play poker on party poker
Bütün Müəllif hüquqları © 2011 Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üçün Qorunur.