Endirim kampaniyaları zamanı diqqətli olun!
14.02.2012
Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 58, mənzil 37 ünvanında Etibar Şəbəndəyevə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Parfum 30% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilmişdir. Belə ki, mağazanın ön pəncərələrində "Parfum 30% endirim" sözləri yazılsa da, satış salonunun parfumeriya malları satılan bölməsində bu mallara "15% endirim" tətbiq edilməsinə dair elanların asıldığı aşkar olunmuşdur.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılmışdır.
İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.
hostgator coupon or play poker on party poker













