Haqsız rəqabət hallarının qarşısı alınır
Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 31 ünvanında Müşfiq Ağamuradova məxsus mağazada aparılan yoxlama zamanı, mağaza tərəfindən "Açılışa özəl 50% endirim", "4 ədəd alana 4 ədəd hədiyyə" kimi qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunmuşdu.
Aşkar edilmiş faktlarla əlaqədar, həmin sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, Müşfiq Ağamuradova 1,2 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.













