İstehlak bazarında yararsız mallar aşkarlanmışdır
16.02.2012
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Nərimanov rayonunda
- H.Əliyev prospekti, 101A ünvanında yerləşən "Rövşanə market"də;
- Ü.Bünyadzadə küçəsi, ev 17 ünvanındakı "Makro market"də
saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunmuşdur;
Nərimanov rayonunda
- Ə.Vahid küçəsi, ev 10, mənzil 12 ünvanında Əfəndi Əzizova məxsus mağazada;
- Ə.Əlizadə küçəsi, ev 42/9, mənzil 19 ünvanında Sadiqə Abdullayevaya məxsus mağazada;
- H.Əliyev prospekti, ev 101A ünvanındakı "VM market"də;
Nizami rayonunda
- Q.Qarayev prospekti, ev 68, mənzil 47 ünvanında yerləşən "Qrand market"də;
- R.Rüstəmov küçəsi, ev 3 ünvanında Yusif Məhərrəmova məxsus mağazada;
Binəqədi rayonunda
- Azadlıq prospekti, 184 ünvanındkı "AS market"də;
- 8-ci mikrorayon, ev 18 ünvanında Sabir Babanlıya məxsus mağazada
saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir;
Şəki şəhərində
- M.Ə.Rəsulzadə küçəsi, ev 154 ünvanında Fuad Abbasova məxsus mağazada;
Sumqayıt şəhərində
- 5-ci mikrorayon, ev 57/3 ünvanında Nadir Həsənova məxsus mağazada
saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır;
Ağdaş rayonunda
- H.Əliyev prospektində Gündüz Məmmədova məxsus mağazada;
- M.Ə.Rəsulzadə küçəsində Fuad Zeynalova məxsus mağazada;
Goranboy rayonunda
- Goran 4 yol ünvanında Nəriman Süleymanova məxsus mağazada;
Ağdam rayonunda
- Quzanlı qəsəbəsində Bəylər Zülfüqarova məxsus mağazada
isə saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilmişdir.
Ümumilikdə, monitorinqlər zamanı 290 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur
hostgator coupon or play poker on party poker













