"İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda seminar keçirilmişdir

Çap
17.02.2012

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Fevralın 17-də Azərbaycan Kooperasiya Universitetində "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda seminar keçirilmişdir. Tədbirdə ali təhsil müəssisəsinin 340-a yaxın müəllim və tələbəsi iştirak etmişdir.
Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat vermişdir.
Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verilmiş, bu sahədəki çatışmazlıqların aradan qaldırılmasında istehlakçıların maarifləndirilməsinin  xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilmişdir. Bildirilmişdir ki, Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 160 min, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanmışdır. Bu il də istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda məruzə ilə çıxış etmişdir.

Tədbir çərçivəsində seminar iştirakçılarının istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara istehlakçı hüquqlarına dair müxtəlif materiallar paylanmışdır.

hostgator coupon or play poker on party poker
Bütün Müəllif hüquqları © 2011 Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üçün Qorunur.