- Qaraçuxur qəsəbəsi, 40/48-ci məhəllə, ev 2 ünvanında yerləşən "Fuad market"də;
Yasamal rayonunda
- H.Cavid prospekti, ev 78 ünvanındakı "Qastronom" mağazasında;
- Xiyabani küçəsi, ev 7 ünvanında yerləşən "Kərim market"də
saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunmuşdur;
Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 2/20 ünvanında Cavanşir Abdullayevə məxsus mağazada;
Suraxanı rayonunda
- Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 1, mənzil 137 ünvanında yerləşən "Armudlu market"də;
Yasamal rayonunda
- Ş.Əzizbəyov küçəsi, ev Q, mənzil 1 ünvanında yerləşən "Kazbek market"də;
- Talıblı küçəsi, ev 201, mənzil 14 ünvanında Suqra Əliyevaya məxsus mağazada;
- 3-cü Yasamal küçəsi, ev 123 ünvanında Bayram Fərəcova məxsus mağazada
saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir.
Quba rayonunda
- Qaraçay kəndində Rahim Çələbiyevə məxsus mağazada;
Ağstafa şəhərində
- R.Əsədov küçəsində Nuru Nuriyevə məxsus mağazada;
Mingəçevir şəhərində
- Xətai küçəsi, 22 ünvanında yerləşən "2008 market"də;
- H.Əliyev prospekti, 66/25 ünvanındakı "Babək market"də;
Füzuli rayonunda
- Şükürbəyli kəndində Pərviz Abdullayevə məxsus mağazada
isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir.
Ümumilikdə, monitorinqlər zamanı 270 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.