İlqar Hacıbala oğlu Sadıqov
1965-ci ildə anadan olub.
1989-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1982-ci ilin iyul-noyabr aylarında Bakı şəhər Dezinfeksiya Stansiyasında sanitar vəzifəsində,
1982-1983-cü illərdə Mərkəzi Statistika İdarəsində ekspeditor vəzifəsində,
1983-cü ilin iyul-oktyabr aylarında Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Layihə Konstruktor Laboratoriyasında texnik vəzifəsində,
1983-1985-ci illərdə Zaqafqaziya Hərbi Dairəsində rota starşinası vəzifəsində,
1985-1988-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Layihə Konstruktor Laboratoriyasında texnik vəzifəsində,
1988-1989-cu illərdə Bakı Taxıl Məhsulları Kombinatında iqtisadçı vəzifəsində,
1990-1991-ci illərdə Bakı şəhəri Xətai rayonu Komsomol Komitəsi Evlərdə Zəhmət Kombinatında azad komsomol katibi vəzifəsində,
1991-2000-ci illərdə Nəsimi rayonu Dövlət Vergi İnspeksiyasında vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi vəzifələrində,
2000-2003-ci illərdə Əzizbəyov Rayonu Vergilər İdarəsində rəis müavini vəzifəsində,
2008-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli fondunda “Layihələrin monitorinqi və kreditlərin uçotu” şöbəsinin müdiri vəzifəsində,
2009-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına nəzarət Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışıb.
2010-cu il mayın 25-dən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
Vidadi Mahiyəddin oğlu Quliyev
1968-ci ildə anadan olub.
1990-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1990-cı ildə Azərbaycan SSR-nin Maliyyə Nazirliyində 2-ci dərəcəli iqtisadçı vəzifəsində,
1991-1993-cü illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi vəzifələrində,
1993-1999-cu illərdə Bakı şəhəri üzrə Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsində,
2001-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Respublikası Vergilər Nazirliyi Yasamal rayonu Vergilər İdarəsində baş dövlət vergi müfəttişi vəzifəsində,
2001-2002-ci illərdə Bakı şəhəri Baş Vergilər İdarəsində şöbəsi rəisi, baş dövlət vergi müfəttişi vəzifələrində,
2002-2008-ci illərdə Bakı şəhəri Vergilər Departamentinin “Audit” idarəsinin baş dövlət vergi müfəttişi vəzifəsində,
2008-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhəri Vergilər Departamentinin 1 saylı Filialında dövlət vergi müfəttişi vəzifəsində,
2008-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində şöbə rəisi vəzifəsində,
2010-cu ilin yanvar-mart aylarında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi Dövlət Xidmətində şöbə rəisi vəzifəsində çalışıb.
2010-ci ilin martın 19-dan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışır.
Ailəlidir, bir övladı var.
Araz Ənvər oğlu Əliyev
1956-ci ildə anadan olub.
1983-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.
1984-1993-ci illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, baş müəllim vəzifələrində,
1993-2001-cü illərdə Azərbaycan Respublikası Antiinhisar və Sahibkarlığa Kömək Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifəsində,
2001-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Deportamentində sektor müdiri, şöbə rəisi vəzifələrində,
2007-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışıb.
2010-cu il yanvarın 25-dən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.











