Vidadi Mahiyəddin oğlu Quliyev

1968-ci ildə anadan olub.

1990-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1990-cı ildə Azərbaycan SSR-nin Maliyyə Nazirliyində 2-ci dərəcəli iqtisadçı vəzifəsində,

1991-1993-cü illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi vəzifələrində,

1993-1999-cu illərdə Bakı şəhəri üzrə Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsində,

2001-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Respublikası Vergilər Nazirliyi Yasamal rayonu Vergilər İdarəsində baş dövlət vergi müfəttişi vəzifəsində,

2001-2002-ci illərdə Bakı şəhəri Baş Vergilər İdarəsində şöbəsi rəisi, baş dövlət vergi müfəttişi vəzifələrində,

2002-2008-ci illərdə Bakı şəhəri Vergilər Departamentinin “Audit” idarəsinin baş dövlət vergi müfəttişi vəzifəsində,

2008-ci ilin oktyabr-noyabr  aylarında Bakı şəhəri Vergilər Departamentinin 1 saylı Filialında dövlət vergi müfəttişi vəzifəsində,

2008-2010-cu illərdə İqtisadi İnkişaf  Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində şöbə rəisi vəzifəsində,

2010-cu ilin yanvar-mart aylarında İqtisadi İnkişaf  Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi Dövlət Xidmətində şöbə rəisi vəzifəsində çalışıb.

2010-ci ilin martın 19-dan İqtisadi İnkişaf  Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışır.

Ailəlidir,  bir övladı var.

hostgator coupon or play poker on party poker
Bütün Müəllif hüquqları © 2011 Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üçün Qorunur.