İlqar Hacıbala oğlu Sadıqov

1965-ci ildə anadan olub.

1989-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1982-ci ilin iyul-noyabr aylarında Bakı şəhər Dezinfeksiya Stansiyasında sanitar vəzifəsində,

1982-1983-cü illərdə Mərkəzi Statistika İdarəsində ekspeditor vəzifəsində,

1983-cü ilin iyul-oktyabr aylarında Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Layihə Konstruktor Laboratoriyasında texnik vəzifəsində,

1983-1985-ci illərdə Zaqafqaziya Hərbi Dairəsində rota starşinası vəzifəsində,

1985-1988-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Layihə Konstruktor Laboratoriyasında texnik vəzifəsində,

1988-1989-cu illərdə Bakı Taxıl Məhsulları Kombinatında iqtisadçı vəzifəsində,

1990-1991-ci illərdə Bakı şəhəri Xətai rayonu Komsomol Komitəsi Evlərdə Zəhmət Kombinatında azad komsomol katibi vəzifəsində,

1991-2000-ci illərdə Nəsimi rayonu Dövlət Vergi İnspeksiyasında vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi vəzifələrində,

2000-2003-ci illərdə Əzizbəyov Rayonu Vergilər İdarəsində rəis müavini vəzifəsində,

2008-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli fondunda “Layihələrin monitorinqi və kreditlərin uçotu” şöbəsinin müdiri vəzifəsində,

2009-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına nəzarət Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışıb.

2010-cu il mayın 25-dən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

hostgator coupon or play poker on party poker
Bütün Müəllif hüquqları © 2011 Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üçün Qorunur.