11 Dekabr 2017 Bazar ertəsi 09:43
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

 

Noyabrın 22-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlim kursu keçirilib. Təlimdə 50-ə yaxın nazirlik, komitə, idarə və təşkilatın nümayəndələri iştirak edib.    

Tədbirin təşkil olunmasında məqsəd dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılmasıdır. Tədbirdə iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması vəsəmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.