23 İyun 2017 Cümə 17:39
Документ без названия Saytın xəritəsi

VALYUTA ÇEVİRİCİSİ


Valyuta.com

Virtual Qarabağ

1961-ci ildə anadan olub.

1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1982-ci ildə Elektron Hesablayıcı Maşınlar Zavodunda mühəndis-konstruktor vəzifəsində,

1988-ci ilin iyul-sentyabr aylarında Bakı Dərin Özülləri Zavodunda mühəndis-iqtisadçı, normalaşdırıcı büro rəisi vəzifəsində,

1988-1990-cı illərdə “Şelflayihətikinti” Layihə-Sənaye-Tikinti Birliyində aparıcı mühəndis vəzifəsində,

1990-1992-ci illərdə “Şelflayihətikinti” Layihə-Sənaye-Tikinti Birliyinin Ehtiyat hissələri, qeyri-standart avadanlıqlar və xalq istehlakı malları istehsalı zavodunda əmək və əmək haqqının təşkili və iqtisadi şöbənin rəisi vəzifəsində,

1992-1999-cu illərdə Qaradağ rayonu üzrə Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsində,

1999-cu ilin aprel-sentyabr aylarında Bakı şəhərinin Nizami rayonu üzrə Vergi Müfəttişliyində rəis müavini vəzifəsində,

2001-2004-ci illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsində böyük dövlət vergi müfəttişi, şöbə rəisi vəzifələrində,

2004-cü il fevral-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Maliyyə, İqtisadiyyat İdarəsində rəisin baş mühasibinin müavini vəzifəsində,

2004-2006-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin İqtisadiyyat, Maliyyə və Mühasibat Uçotu İdarəsində rəis vəzifəsində,

2006-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında İqtisadiyyat və Uçot İdarəsində rəis vəzifəsində,

2008-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışıb.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, 2014-cü ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisidir.

Ailəlidir, iki övladı var.